“Bank of Georgia”nın kassa aparatı funksiyalı terminalı – mikro və kiçik biznes üçün kart ödənişlərinə 0% komissiya
“Bank of Georgia”nın kassa aparatı funksiyalı terminalı – mikro və kiçik biznes üçün kart ödənişlərinə 0% komissiya
“Bank of Georgia” mikro və kiçik biznesə dəstəyini davam etdirir və onlara kassa aparatı funksiyasına malik yeni POS-terminal təklif edir.
Terminal biznesə standart terminalları və kassa aparatlarını bir cihazla əvəz etmək imkanı yaradır ki, bu da onların biznes proseslərini sadələşdirir və xərclərinə əhəmiyyətli dərəcədə qənaət etməyə kömək edir.
Təklif çərçivəsində, 2026-cı il 31 dekabr tarixinədək ilk dəfə terminal sifariş edən mikro və kiçik bizneslər 3 ay ərzində terminal xidmətindən komissiyasız istifadə edəcəklər. Bununla yanaşı, Bank of Georgia və digər Gürcüstan banklarının kartları ilə həyata keçirilən əməliyyatlar üzrə onlar üçün 0% komissiya tətbiq olunacaq.
Xüsusilə:
Mikro biznes üçün (aylıq dövriyyə 2 000 lariyə qədər):
POS-terminaldan ilk 3 ay ərzində komissiyasız istifadə etmək mümkündür, bundan sonra isə sabit aylıq ödəniş 60 lari təşkil edir.
Bank of Georgia və digər Gürcüstan banklarının kartları üzrə komissiya – 0%. (Kredit AMEX kartı istisna olmaqla)
Kiçik biznes üçün (aylıq dövriyyə 7 500 lariyə qədər):
POS-terminaldan ilk 3 ay ərzində komissiyasız istifadə etmək mümkündür, daha sonra isə sabit aylıq ödəniş 80 lari təşkil edir.
Bank of Georgia və digər Gürcüstan banklarının kartları üzrə komissiya – 0%. (Kredit AMEX kartı istisna olmaqla)
“Bank of Georgia-da daim çalışırıq ki, sahibkarlara innovativ və onların ehtiyaclarına uyğun maliyyə həlləri təqdim edək. Bu həllər biznesin böyüməsinə və inkişafına dəstək olur. Məhz bu məqsədə xidmət edən kassa aparatı funksiyalı POS-terminalımız iki vacib cihazı birləşdirir və sahibkarlara əməliyyatlarını daha səmərəli idarə etmək imkanı yaradır.
Yeni təkliflə bizneslərə əlavə olaraq ilk üç ay ərzində terminaldan ödənişsiz istifadə etmək imkanı veririk. Bank of Georgia və digər Gürcüstan banklarının kartları ilə edilən ödənişləri isə 0% komissiya ilə qəbul edə bilərlər (kredit AMEX kartı istisna olmaqla). Hazırda biz 32 mindən çox merchantə xidmət göstəririk ki, bu da bir daha təsdiqləyir ki, Bank of Georgia biznesin əsas tərəfdaşıdır”, – deyə Bank of Georgia-nın Ödəniş Biznesi istiqamətinin rəhbəri Levan Kobaxidze bildirib.
Məlumat üçün bildirək ki, təklifin şərtlərindən yararlanmaq üçün merchantin Bank of Georgia-da hesabı olmalıdır. 3 aylıq güzəşt müddəti 2026-cı il 31 dekabr tarixinədək qeydiyyatdan keçənlər üçün qüvvədə olacaq.
Aksiyanın şərtləri haqqında ətraflı məlumat almaq üçün Bank of Georgia-nın rəsmi veb-saytına daxil olun.